İllərdir oğlunu qəbul etməyən Emrah, yenidən ürək sındırdı

İllərdir oğlunu qəbul etməyən Emrah, yenidən ürək sındırdı

Türk müğənnisi Emrah, illərdir qəbul etmədiyi oğlu Tayfun Erdoğanın yenə də qəzəbinə tuş gəlib.

Open.az xəbər verir ki, bir neçə gün əvvəl qatıldığı bir tədbirdə mükafat alan Emrah: "Qürurluyam, xoşbəxtəm. Bu mükafata layiq görüldüyüm üçün xoşbəxtliyimi dilə gətirmək istəyirəm. Bu mükafatı oğlum Elyesa və qızım Eleysaya ithaf edirəm". deyən Emrahın böyük oğlu Tayfun Erdoğan sosial mediadan "Kimsenin vebalini alma" yazaraq, paylaşım edib.

36 ildir türk musiqisinə xidmət göstərən Emrahın oğlu Tayfunu qəbul etməməsi, onunla küsülü olması çoxlarının ona qarşı olan hörmətini azaldıb.

Öz oğluna sahib çıxmayan adamın mükafatlarının sayı mini də aşsa, yenə də ictimaiyyət, cəmiyyət qarşısında günahkar mövqeyində olacaq.

Ülviyyə Həsənqızı

 

 

 

 

Mənbə: open.az