Mustafa Sandal pandemiyada dolanmağın yolunu bu üsulla tapdı

Mustafa Sandal pandemiyada dolanmağın yolunu bu üsulla tapdı

Məşhur müğənni Mustafa Sandal 1 ayda 21 milyon TL gəlir əldə edib.

Open.az xəbər verir ki, müğənni keçmiş həyat yoldaşı Emina Jahoviclə birgə yaşadıqları, 650 kv.m böyüklüyündə olan, 6 otaq, 2 salonlu, 4 qatlı villasını 3 milyon dollara satıb.

Daha sonra Mustada Sandalın Türkiyənin başqa bir səmti "Fulya Polat Towers"də olan 1+1 dairəsini satışa çıxardığı məlum olub.

Ötən gün satışa çıxardığı dairəni 950 min TL satan məşhur müğənni, pandemiya günlərdə maddi sıxıntı çəkməmək üçün bu qərarı verdiyini vurğulayıb.

Ülviyyə Həsənqızı

Mənbə: open.az