Kitabxana “Hər günə bir kitab” layihəsinə başlayır

Kitabxana “Hər günə bir kitab” layihəsinə başlayır

Bakı, 7 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Hər günə bir kitab” layihəsinə başlayır.

İdarədən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində təqdim ediləcək slaydlarda kitabxana əməkdaşları oxuculara müxtəlif əsərlərdən bəhs edəcəklər.

İlk videoslaydı kitabxananın əməkdaşı Günel Atayeva hazırlayıb. Kitabxanaçı oxuculara hər gün kitab oxumağı və nitq qabiliyyətini artırmağı tövsiyə edib.

Mənbə: azertag.az