"Bir nömrəli günahkar həmin otellərinin rəhbərləridir, onların nə ixtiyarı var ki..."

"Bir nömrəli günahkar həmin otellərinin rəhbərləridir, onların nə ixtiyarı var ki..."

“Son zamanlar ispan dilini dərindən öyrənməyə başlamışam. Heç vaxt tək qalmaqdan qorxmamışam və özümlə təkbətək qalanda yeniliklər edirəm”

Bunu Moderator.az-a açıqlamasında “Euravision-2011” müsabiqəsinin qalibi, müğəni Eldar Qasımov deyib. Müğənni özünü təcrid etdiyini və yaradıcılıqla məşğul olduğunu bildirib:

“Karantin rejimində özümü təcrid etmişəm, bağdayam və çalışıram ki, nəyləsə məşğul olum. Yeni bacarıqlarım da peyda olub. Son zamanlar ispan dilini dərindən öyrənməyə başlamışam. Heç vaxt tək qalmaqdan qorxmamışam və özümlə təkbətək qalanda yeniliklər edirəm. Həm də biz indi bir çox kadrlar çəkib paylaşırıq. Yəni heç bir sıxıntı hiss etmirəm və əslində bu mənə kömək edir”.

E.Qasımov qaydaları pozan istirahət mərkəzlərini də tənqid edib və onların mütləq şəkildə cəzalandırılmasının vacibliyini vurğulayıb:

“Əlbəttə, mən istirahət mərkəzlərində qayda pozan insanları ikinci növbədə təqsirli görürəm, və onları günahlandırıram. Bir nömrəli günahkar həmin otel və istirahət mərkəzlərinin rəhbərləridir. Onların nə ixtiyarı var ki, obyektlərini açıb insanları əylənməyə çağırırlar. Düşünürəm ki, həmin şəxslər çox ciddi şəkildə cəzalandırılmalıdır. Bununla yanaşı, insanların hansı təbəqədən olmasının, pulu olub-olmamasının fərqi yoxdur, hər kəs qanuna tabe olmalıdır. Əgər tabe olmurlarsa, həmin adamlar cəmiyyət üçün bir nömrəli təhlükədirlər və onları mütləq dərəcədə cəzalandırmaq lazımdır. İndi elə bir dövrdür ki, onlara beş dəqiqənin içində vicdan dərsi keçmək olmaz, bunu anlamazlar”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az