Cennifer Lopez və Aleks Rodrigez 1.4 milyon dollara yeni malikanə aldı - FOTOLAR

Cennifer Lopez və Aleks Rodrigez 1.4 milyon dollara yeni malikanə aldı - FOTOLAR

Hollivudun məşhur ulduzu Cennifer Lopez və 44 yaşlı nişanlısı Alex Rodrigez yeni ev alıblar.

Primetime.az xarici mətbuata istinadən xəbər verir ki, ümumi sahəsi 204 kvadratmetr olan malikanə Kaliforniya ştatının Ensio şəhərində yerləşir.

Məlumata görə, yeni malikanə cütlüyə 1.4 milyon dollara başa gəlib. Ev üç yataq otağı, iki vanna otağı, geniş mətbəx və yemək otağından ibarətdir. Bundan başqa evin ofis və ya studiya üçün ayrılmış ayrıca otaqları da var.

Qeyd edək ki, cütlük bundan başqa Bel-Eyr rayonunda daha bir lüks malikanəyə sahibdir.

Mənbə: primetime.az