“Kitabxanaçı tövsiyə edir” rubrikasında bu dəfə Xalq şairi Zəlimxan Yaqubun şeirləri səsləndirilib

“Kitabxanaçı tövsiyə edir” rubrikasında bu dəfə Xalq şairi Zəlimxan Yaqubun şeirləri səsləndirilib

Bakı, 8 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı pandemiya dövründə sosial şəbəkələrdə müxtəlif şair və yazıçıların əsərlərinə müraciət edir.

İdarədən AZƏRTAC-a bildirilib ki, bu dəfə kitabxananın əməkdaşı Qızılgül Məmmədova “Kitabxanaçı tövsiyə edir” rubrikasında Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun şeirlərini səsləndirib.

Hazırlanmış videoçarx kitabxananın sosial media şəbəkələrindəki hesablarında paylaşılıb.

Mənbə: azertag.az