Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə

Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə

Bakı, 8 iyul, AZƏRTAC

Kolumbiyanın məşhur “De la literatura” (“Ədəbiyyat haqqında”) “Facebook” səhifəsi Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı Ənvər Məmmədxanlının ispan dilinə tərcümə olunmuş “Buz heykəl” hekayəsinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, hekayə yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.

 

Mənbə: azertag.az