İbrahim Tatlıses əsəbləşdi: "Gülçin kimdir? deyənlər, Gülçin mənim..."

İbrahim Tatlıses əsəbləşdi: "Gülçin kimdir? deyənlər, Gülçin mənim..."

Bir müddət əvvəl türk mətbuatında İbrahim Tatlısesin özündən 42 yaş kiçik sevgilisi Gülçin Karakaya ilə olan fotoları və yaşadığı sevgi münasibətləri haqqında yazı dərc edilmişdi.

Open.az xəbər verir ki, yayılan xəbərlər və İbrahim Tatlısesin tanışlarının ona qarşı bəslədiyi münasibətdən narazı qalan İmperator, şəxsi kanalında açıqlama verib. İbrahim Tatlıses: "Hamı yazıb soruşur ki, Gülçin kimdir? Gülçin mənim yardımçım həm də sol qolumdur. Mənim sol tərəfim iflic olub. Əlimi belə tərpədə bilmirəm. Gülçin mənim sol əlimdir. Hər zaman mənim yanımdadır. Mənə köməkdir. Mənim haqqımda danışanlar çətin günümdə yanıma gəlib, içməyə bir stəkan su verməyiblər. Amma indi danışa bilirlər" deyən İbrahim Tatlısesin çoxlarından incik, küskün olması bu açıqlamasında hiss olunub.

Bi müddət əvvəl keçmiş həyat yoldaşı və qızının anası, aktrisa Perihan Savaşın "Allah ağıl, fikir versin" sözlərinə də aydınlıq gətirən İbrahim Tatlıses, Perihan Savaşa nümunə olacaq cavab verib: "Perihan Savaş mənim qızımın anasıdır. Mən onun haqqında nəşə demək istəsəm, bu şəkildə söyləmərəm. Çünki ona dediyim hər söz, mənim qızımın başına daş kimi dəyəcək. Mən, qızımın anasını aşağılamaq istəmirəm. Belə olan halda o, niyə qızının atasını, yəni məni təhqir edir. "Allah ağıl, fikir versin" nə deməkdir? Mənim ağlım başımdadır. Sadəcə, köməyə, sevgiyə, şəfqətə ehtiyacım var. Bunu da yanımda olan xanımlar, xüsusilə də Gülçin edir."

Xatırladaq ki, 68 yaşlı İbrahim Tatlıses uzun illərdir İzmirdə yaşayır. Məlum hadisədən sonra səhhətində yaranan problemlər ucbatından sənət həyatından uzaq düşən İbrahim Tatlısesin ətrafında, daimi olaraq işçiləri, sevgilisi və bir neçə övladı var.

Ülviyyə Həsənqızı

Mənbə: open.az