Tanınmış prodüserin qızının hərəkəti qınandı - VİDEO

Tanınmış prodüserin qızının hərəkəti qınandı - VİDEO

Tanınmış prodüser və aparıcı olan Humay Muxtarovanın qızının etdiyi hərəkət sosial şəbəkə izləyiciləri tərəfindən qınanıb.
YPX.AZ xəbər verir ki, prodüserin qızı Nuray Muxtarova liftdə bir gənc oğlanla video qeydə alaraq sosial şəbəkədə paylaşıblar.
Belə ki, onlar liftdə olarkən video qeydə alıb ayaqlarındaki idman ayaqqabılarını nümayiş etdirməyə çalışıblar. Bu zaman Nuray Muxtarova və gənc oğlan ayaqlarını qaldırıb liftin içində olan əl tutmaq üçün olan yerə qoyublar.
Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən qınanıb. Ölkəmizdə virusun tüğyan etdiyi bir dövrdə əllərimizlə toxunduğumuz yerlərə ayaq qoymaq sosial şəbəkə istifadəçilərini qəzəbləndirib.
Həmin görüntüləri sizlərə təqdim edirik:

Mənbə: ypx.az