Türkiyə "S-400"-ləri sınaqdan keçirdi

Türkiyə "S-400"-ləri sınaqdan keçirdi

Türkiyə Rusiyadan almış olduğu «Triumf» S-400 Zenit-Raket Kompleksini (ZRK) sınaqdan keçirib. Ankara ətrafındakı «Mürtəd» aviabazasında yerləşmiş hava hücumundan müdafiə sistemi ABŞ istehsalı olan "F-16" Viper və "F-4" Phantom qırıcıları ilə testləşdirilib. Sınaqlar ötən həftə keçib.

« Fighter Jets World» nəşri qeyd edir ki, təyyarələr «Mürtəd» aviabazasının bilavasitə yaxınlığında və aşağıdan uçan sürətli aviadinamik hədəfləri aşkarlayan radarların yerləşdiyi ərazidə qeydə alınıb - həm də radioelektron «səs-küy» şəraitində.

Qeyd olunur ki, "S-400"-lərin testləşdiilməsi noyabrın 26-na qədər davam edəcək. Hazırda Türkiyə hərbçiləri sınaqların nəticələrini açıqlamırlar.

Ötən ilin noyabrında da Türkiyənin "F-16" qırıcıları "S-400" sisteminin iki günlük sınaqları ilə əlaqədar Ankara üzərində alçaqdan uçublar.

AzPolitika.info

Mənbə: azpolitika.info