Məşhur qrupun üzvü də koronavirusa yoluxdu

Məşhur qrupun üzvü də koronavirusa yoluxdu

Rusiyanın tanınmış musiqiçisi, "Чайф" qrupunun üzvü Vladimir Bequnov koronavirusa yoluxub.

Open.az xəbər verir ki, bu barədə sosial media hesabından məlumat yayan musiqiçi, həmçinin ağır pvevmoniyadan da əziyyət çəkdiyini deyib.

Qəbul etdiyi antibiotiklərin ağciyərlərini zədələdiyini deyən V.Bequnov, hazırda ciddi həkim nəzarətindədir.

Ülviyyə Həsənqızı

Mənbə: open.az