Cennifer Lopez yeni evinə sərvət ödədi - FOTOLAR

Cennifer Lopez yeni evinə sərvət ödədi - FOTOLAR

Amerikalı dünya ulduzu Cennifer Lopezin aldığı yeni evinin qiyməti gündəm olub.

BiG.AZ xəbər verir ki, məşhur müğənni nişanlısı Aleks Rodrigez ilə birlikdə Kaliforniya ştatının Encino səmtində 1.37 milyon dollara yeni ev alıb.

Tez-tez aldığı bahalı evlərlə gündəmə gələn 51 yaşlı dünya ulduzunun yeni mənzili digər evləri kimi çox böyük deyil.

Qeyd edək ki, 2.202 kvadmetr sahəsi olan evin 3 yataq otağı var.

Elmir Kərimli

Mənbə: big.az