Kardaşyanın əri koronavirusa yoluxduğunu gizlədib

Kardaşyanın əri koronavirusa yoluxduğunu gizlədib

Amerikalı məşhur musiqiçi Kanye Uest koronavirusa yoluxduğunu etiraf edib. Azvision.az xəbər verir ki, o, “Forbes” jurnalına verdiyi müsahibədə fevral ayında COVID-19-a yoluxduğunu bildirib.

"Yatarkən titrəmə, əsmə, isti duş, bunun qarşısını almaq üçün nə etməli olduğunu göstərən videoları seyr edirdim. Yadımdadır, kimsə mənə demişdi ki, reper Dreyk koronavirusa yoluxub. Onda cavab verdim ki, Dreyk məndən daha çox ağrıya bilməz".

Ötən həftə sonu Kanye Uest ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu deyib. Musiqiçi hansı partiyadan namizədliyini irəli sürəcəyini söyləməyib.

Xatırladaq ki, Kanye Uest erməni porno ulduz Kim Kardaşyanın həyat yoldaşıdır.

Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az