Mehdi Səlimi Evinə köçürüldü

Mehdi Səlimi Evinə köçürüldü

Fəlsəfi əsərlərin yazıçısı, araşdırmaçı və tərcüməçi, azərbaycanlı milli-mədəni fəal Mehdi Səlimi Əhərdə saxlanılaraq, Tehranın Evin həbsxanasına aparılıb.

Axar.az xəbər verir ki, bu barədə Mehdi Səliminin qardaşı Cəlal Səlimi İnstaqram səhifəsində məlumat yayıb.

“Qardaşım Mehdi Səlimi iyul ayının 7-də saat 09:30 civarında Əhərdəki ata evində saxlanılıb. O, dindirildikdən sonra Tehranın Evin həbsxanasına koçürülüb. Ona qarşı irəli sürülən ittihamlar hələlik məlum deyil”, - o bildirib.

Azərbaycanlı fəal saxlanıldığı vaxt ona aid bir sıra şəxsi əşyalar, o cümlədən, mobil telefonu, noutbuku və yazıları müsadirə edilib.

Qeyd edək ki, 1984-cü ildə Təbrizdə anadan olan Mehdi Səlimi Yəzd Universitetində təhsil alıb. Tehranda yaşayır.

Əvvəllər “Zoğal” və “Art Callet” onlayn jurnalının baş redaktoru, “Mindmotor” saytının müdiri olan azərbaycanlı yazıçı bir çox kitab və məqalələr tərcümə edib. O, həmçinin bir sıra roman, fəlsəfə kitabları ilə bağlı məqalələr və şərhlər yazıb.

Mənbə: axar.az