Avqustun 1-dən Teatrlar açılacaq

Avqustun 1-dən Teatrlar açılacaq

Moskvada fəaliyyət göstərən teatrlar avqustun 1-dən qapılarını tamaşaçıların üzünə açacaq.

Open.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin Beynəlxalq Mədəni Əlaqələr üzrə nümayəndəsi Mixail Şvıdkoy yayıb.

Onun sözlərinə görə, teatr salonları 50% tamaşaçını qəbul etmək üçün hesablanıb.

M.Şvıdkoy hesab edir ki, ilkin mərhələdə tamaşaçı sayı belə hesablanıb. Amma sentyabr ayında tamaşaçıların sayında artım olacağı nəzərdə tutulub.

Qeyd edək ki, məlum vəziyyətlə əlaqədar olaraq Rusiyada Teatr və Kinoteatrlar mart ayından qapadılıb.

Ülviyyə Həsənqızı

Mənbə: open.az