"Nizam-i Alem"in iki qadın aktrisası da təsdiq olundu

"Nizam-i Alem"in iki qadın aktrisası da təsdiq olundu

Səlcuq dövlətinin taxt savaşlarını əks etdirən, yaxın günlərdə çəkilişlərinə başlanacaq "Nizam-i Aləm" tarixi serialında rol alacaq iki aktrisanın kimliyi bəlli olub.

Open.az xəbər verir ki, yeni mövsümdə TRT 1 ekranlarında nümayiş ediləcək serialda Sevda Erginci və Leyla Lidya Tuğutlu o dövrün xanımlarını canlandıracaqlar.

Serialda çıxış edəcək Sevda Ergincini tamaşaçılar "Yasak Elma" serialından yaxşı tanıyırlar.

Qeyd edək ki, tarixi serialda Sultan Məlikşah obrazını Buğra Gülsoy, Ahmet Sencer obrazını isə Ekin Koç canlandıracaq.

Ülviyyə Həsənqızı

Mənbə: open.az