Məşhur türk serialı bundan sonra ispanları ağladacaq

Məşhur türk serialı bundan sonra ispanları ağladacaq

Bir qadının həyat mücadiləsindən bəhs olunan və ötən il Türkiyədə sezon finalı edən "Kadın" serialı İspaniyada nümayiş ediləcək.

Open.az xəbər verir ki, bu barədə xəbəri serialda baş rolu ifa edən Özge Özpirinçci yayıb. Aktrisa bildirib ki, "Kadın" serialı indi də ispanları ağladacaq.

İspan televiziyasında "Mujer" adı ilə yayımlanacaq serialın anonsunu ispan dilində, özünün sosial mediasından yayan aktrisanın videosu İspaniyada rəğbət qazanıb.

Qeyd edək ki, serialda baş rolları Özge Özpirinçci və Caner Cindoruk ifa ediblər.

Ülviyyə Həsənqızı

 

 

 

 

Mənbə: open.az