Konstitusiya Məhkəməsi narkotiklə bağlı maddəni şərh edəcək

Konstitusiya Məhkəməsi narkotiklə bağlı maddəni şərh edəcək

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair Balakən Rayon Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 29-na təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma ilə bağlı məsuliyyət nəzərdə tutur.

Mənbə: azpolitika.info