Müğənni rəqs videosuna görə evdən qovuldu

Müğənni rəqs videosuna görə evdən qovuldu

ABŞ-ın məşhur kök müğənnisi Lizzo 6 rəfiqəsi ilə birlikdə tətilə gedib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı hotel əvəzinə ev kirayə götürməyə üstünlük verib.

Sosial mediada paylaşdığı rəqs videoları isə onun tətilini burnundan gətirib. Açıq-saçıq rəqsləri görən ev sahibi Lizzonu qovub.

2020 "Grammy" mükafatları üşün 8 fərqli nominasiyada namizəd olan müğənnini ev sahibi qovmaqla kifayətlənməyib. O, ifaçını ələ salıb. daha sonra isə "Mənə zərər verə bilər" deyərək, müğənnini polisə şikayət edib.

7 günlük tətilini 3 gün tez bitirməyə məcbur olan Lizzo isə ev sahibinə rəqslə cavab verib. "Səhifəmi izlədiyini bilirəm. Ona görə də demək istəyirəm ki, bu qaradərili qızların əyləncəsinə mane ola bilməyəcəksən. Bizi qovduğun üçün təşəkkürlər. Yeni evimiz daha gözəldir" deyərək, ifaçı qeyd edib.

Mənbə: axsam.az