ABŞ Türkiyəni yenə qəzəbləndirib - Kiprlə birlikdə hərbi təlim keçirməklə

ABŞ Türkiyəni yenə qəzəbləndirib - Kiprlə birlikdə hərbi təlim keçirməklə

Birləşmiş Ştatlar ilk dəfə Kiprlə hərbi təlim keçirməyi planlayır və bununla sanki NATO üzrə müttəfiqi Türkiyəyə çağırış edir. Sonuncu da ləngimədən xəbərdarlıq edib ki, ABŞ-ın planları baş tutacağı təqdirdə, bölgədə sabitliyi pozacaq. Bu barədə iyulun 9-da Frans-Press agentliyi xəbər verib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo bəyan edib ki, onun ölkəsi ilk dəfə olaraq, «təhlükəsizlik sferasında genişlənən münasibətlər çərçivəsində» Kipr Respublikası həbçilərinin hazırlanmasını maliyyələşdirəcək. «Bu, açar bölgəsel həmkarlarımızla birlikdə Şərqi Aralıq dənizində sabitliyin möhkəmləndirilməsi üzrə bizim səylərimizin bir hissəsidir» - dövlət katibi bu ərəfədə qeyd edib.

Onun sözlərinə görə, Kiprin silahlı qüvvələri ilə təlimlər və kadr hazırlığı ABŞ-ın beynəlxalq hərbi təhsil proqramının bir hissəsi olacaq. Proqram «xarici zabitlərin hazırlanması və dost ölkələrlə ABŞ hərbçiləri arasında oxşarlığın yüksəldilməsinə» istiqamətlənib.

ABŞ Konqresi Türkiyə tərəfindən şimal hissəsi nəzarət altına alınmış adaya silah tədarükünə qoyulmuş embarqoya ötən il son qoyub. Şimali Kipr Türk Respublikası embarqonun dayandırılmasına qarşı xəbərdarlıq edib və bildirib ki, bu qərar adada güc balansını pozacaq.

Amerika diplomatiyasının başçısının dünənki bəyanatına Türkiyə paytaxtının reaksiyası özünü çox gözlətməyib. «Ötən müddətdə bizim dəfələrlə qeyd etdiyimiz kimi, bu məzmunda addmlar Kipr probleminin həlli yollarının axtarılmasına dəstək vermir və yunan Kiprinin kompramissiz mövqeyini daha da möhkəmlədir» - Türkiyə XİN-nin kommyünikesində belə deyilir.

«Aydındır ki, iki tərəf arasında balansın gözlənilməsinə xidmət etməyən addımlar adada inam şəraitinin və həm də Şərqi Aralıq dənizində sülhün və sabitliyin bərpasına kömək etməyəcək» - Türkiyə Xarici İşlər Nazirliyi əlavə edib.

Kipr, Misir, Fransa, Yunanıstan və Birləşmiş Ərəb Əmirlikləri cari ilin mayında birgə bəyanatla çıxış edərək, Türkiyənin «qeyri-qanuni fəaliyyətini və Kipr sularında təbii qaz axtarışlarında sərgilədiyi «ekspansionizmi» pisləyiblər. Ancaq İsrail bu bəyanatı imzalamayıb və yəhudi dövlətinin Xarici İşlər Nazirliyi bunun ardınca bildirib ki, İsrail «Türkiyə ilə aralarında olan diplomatik münasibətlərlə fəxr edir».

AzPolitika.info

Mənbə: azpolitika.info