Aparıcı tətildə şəkil çəkdirənləri qınadı

Aparıcı tətildə şəkil çəkdirənləri qınadı

“Yenidən gözəl məkanlarımızda tezliklə hər kəs dincələcək! Bilirsiniz bu dəqiqələrdə insanlarımız, vətəndaşlarımız daha həssas olmalıdırlar! Mən də bağda, hovuzda və ya dostlarımın bağında əylənib, şəkil çəkdirə bilərəm! Amma bunu etməmişəm!”

Publika.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Azər Zahid instaqramda yazıb. Həyat yoldaşı ilə köhnə fotolarını paylaşan aparıcı sosial şəbəkələrdə istirahətdən kadrlar paylaşanları tənqid edib:

“Bilirsiniz niyə? Çünki insanlar var ki, evlərində yalnız kondisioner yandırır, elələri var ki, heç kondisioneridə yoxdur, bəziləri isə bir neçə nəfər bir evdə yaşayır. Hər kəs bir birinə dəstək olmalıdır! Bu çətin günlərin ömrü az qalıb!”

 

Mənbə: publika.az