Məktəblilər arasında keçirilən “Sevimli nəğmələr” müsabiqəsinin qalibləri müəyyənləşib

Məktəblilər arasında keçirilən “Sevimli nəğmələr” müsabiqəsinin qalibləri müəyyənləşib

 

Bakı, 10 iyul, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş “Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinin solo ifa kateqoriyası üzrə qalibləri bəlli olub.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, müsabiqə bu qurumun tabeliyindəki ümumi təhsil məktəblərinin I-VIII sinif şagirdləri arasında təşkil olunub.

Müsabiqənin nəticələrinə əsasən, 274, 288 və 220 nömrəli tam orta məktəblərin şagirdləri Fəqan Xəlilli, Fatimə Şükürzadə, Zəhra Abdulalı müvafiq olaraq I, II, III yerin sahibi olublar.

Yarışmada fərqlənən 15 iştirakçı -3, 20, 30, 34, 71, 78, 81, 125,142, 191, 232, 234 və 274 nömrəli tam orta məktəblərin şagirdləri Azər Məmmədli, Fatimə Abdullazadə, Əyyub Ramazanov, Aysu Bayramova, Melisa Sərsəm, Selcan Baxşıyeva, Sara Qurbanova, Validə İmamvəliyeva, Zeynəb Abbasova, İbrahim Quliyev, Zəhra Məmmədli, Emin Gülməmmədzadə, Nəsrin Şəfiyeva, Sevinc Şıxova, Nurcan Nurəliyeva isə tərifnaməyə layiq görülüblər.

Qeyd edək ki, “Sevimli nəğmələr” müsabiqəsi yalnız 1 kateqoriya – solo ifa üzrə onlayn təşkil olunub. Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn keçirilən müsabiqənin solo ifa kateqoriyası üzrə ümumilikdə 150 iş təqdim edilib.

Müsabiqənin təşkil edilməsində məqsəd şagirdlər arasında ifa mədəniyyətini yüksəltmək, xüsusi istedada malik məktəbliləri üzə çıxarmaq, onları ictimaiyyətə tanıtmaq, mənəvi sərvətimiz olan uşaq mahnılarının şagirdlər tərəfindən dinlənilməsi və öyrənilməsinə dəstək vermək, bu istiqamətdə aparılan işləri daha da inkişaf etdirməkdir.

Mənbə: azertag.az