“Valideyn heç vaxt övlad itkisinə hazır deyil, həmişə arzulayır ki, özü övladının çiynində getsin...”

“Valideyn heç vaxt övlad itkisinə hazır deyil, həmişə arzulayır ki, özü övladının çiynində getsin...”

Xəbər verdiyimiz kimi bir müddət öncə Rusiyada avtomobil qəzasında qardaşını itirən muğam ustadı Canəli Əkbərovun bu dəfə oğlu rəhmətə gedib.

Xalq artistinin oğlu Asəf Əkbərov uzun sürən onkoloji xəstəlikdən sonra dünən dünyasını dəyişib.

Moderator.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov ustad sənətkara başsağlığı verib:

“Bu acı xəbəri mən də səhər tezdən eşitdim və Canəli müəllimin oğluyla telefon əlaqəsi saxlayıb başsağlığı verdim. Bildirdilər ki, Asəf bəy xərçəng xəstəliyindən əziyyət çəkirmiş və son altı ayı müalicə olunub, amma bütün bunlara baxmayaraq dünyasını dəyişib. Əlbəttə, Canəli müəllim bizim gözəl sənətkarımızdır, ömrünü muğam sənətinə həsr etmiş, böyük xidmətləri olan insandır. Onun dərdinə hamımız dostu kimi şərikik. Heç kimə övlad itkisi arzulamıram. Ümumiyyətlə, valideyn heç vaxt övlad itkisinə hazır deyil, həmişə arzulayır ki, özü övladının çiynində getsin. Allah Canəli müəllimə və yaxınlarına səbr versin. Bir müddət öncə mən Canəli müəllimlə görüşmüşdüm”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az