"Atamın ətrafı tərəfindən zorakılığa məruz qaldım" – Tatlısəsin qızından ŞOK AÇIQLAMA

"Atamın ətrafı tərəfindən zorakılığa məruz qaldım" – Tatlısəsin qızından ŞOK AÇIQLAMA

 


Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs yenidən atası ilə bağlı şok açıqlamalar verib.

BiG.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistin “atanız İbrahim bəylə aranız necədir? Münasibətləriniz düzəlib?” sualına Dilan belə cavab verib:

“Yox, münasibətlərimiz düzəlməyib. İnsanlar elə bilir ki, iki il əvvəl olan məlum səhvə görə indi məyus olmuşam amma insanların bunları bilməsini istəyirəm. Neçə vaxtdır susdum, indiyə kimi olan bir çox haqsızlığa, ədalətsizliyə boyun əydim, işimə mane olunmasına susdum... İşimə adı lazım olmayan insanlar çox əngəl olmağa çalışdılar. Atam yox, amma onun ətrafından işimə, prodüserimə qədər zorakılığa məruz qaldım. Hətta işimin dayandırılması üçün əllərindən gələni etdilər. Bunlara rəğmən susdum, çox şeylər edildi. Bunları əsla atam yox, onun ətrafı etdi.
Atamın bunlardan məlumatlı olduğunu düşünmürəm. Onun bu tip şeylərdən xəbəri yoxdur. Ətrafındakı insanlar onu çox tez doldururlar. İnsanlar mənə bir şey edilmədiyi üçün danışmağa başladığımı zənn edirlər. Yox! Mən bugünə qədər hər zaman susdum, çünki vecimə deyildi. Amma bugün deməli mənə atam tərəfindən nə olunub, nə deyilib, necə bir səhv olunubsa artıq mən bezmişəm. Səbrim sona çatdı deyə danışıram. Bunu İbrahim bəydən soruşun:

“nə olub ki, Dilan artıq dayana bilmir?” sualını verin. Xahiş edirəm atamdan soruşun cavabını versin”.

Elmir Kərimli

 

Mənbə: big.az