Ozan Güvenin döydüyü sevgilisinin şəkilləri yayıldı

Ozan Güvenin döydüyü sevgilisinin şəkilləri yayıldı

Məşhur türkiyəli aktyor Ozan Güven tərəfindən şiddətə məruz qalan Deniz Bulutsuzun hadisədən 6-7 saat sonra çəkdirdiyi görüntüləri ortaya çıxıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Bulutsuzun ayaq və qollarındakı izlər, həmçinin çənəsindəki yara görənləri təəccübləndirib.

Qeyd edək ki, etdiyi qəddarlığa görə peşman olmayan aktyor,özəl xəstəxanaların birinə gedərək arayış alıb və tibbi arayışda Deniz Bulutsuzun ona xəsarət etdiyini iddia edib.

Deniz Bulutsuz haqqında məhkəməyə qarşılıqlı şikayət ərizəsi ilə müraciət edən Ozan Güvenin etirazı rədd edilib.

Gülnar Qafarlı

Mənbə: open.az