Tolik İstanbuldan paylaşım etdi, tənqid olundu – Video

Tolik İstanbuldan paylaşım etdi, tənqid olundu  – Video

Tanınmış aparıcı, prodüser Tarix Əliyev (Tolik) də xüsusi açılmış Bakı-İstanbul-Bakı reysi ilə Türkiyəyə yollanıb.

 

Yenisabah.az xəbər verir ki, o, istirahət üçün İstanbulu seçib. Tolik istirahət zamanı çəkilən görüntülərini sosial şəbəkədə paylaşaraq Bakını çox sevdiyini yazıb: "İstanbulu sevirəm, amma Bakını ondan da çox sevirəm. Nə qədər desək də burada hər şey açılıb, amma bu maska insanın bütün əsəblərini korlayır".

Onun bu paylaşımı izləyicilər tərəfindən xoş qarşılanmayıb, onlar prodüseri karantin müddətində istirahətə getdiyi üçün qınayıblar.

Qeyd edək ki, Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün 29 iyun tarixindən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının, iki dəfə isə Türk Hava Yollarının Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə mütəmadi çarter reysləri həyata keçirilir.

Həmin görüntüləri təqdim edirik:

 

Mənbə: yenisabah.az