"Röya inadkardır, Kərim özünübəyənən, Nuri isə toya baha gedir"

"Röya inadkardır, Kərim özünübəyənən, Nuri isə toya baha gedir"

"7 canlı" proqramında qonaqlara təqdim edilən zərfləri bu dəfə müğənni Emil Bədəlov açıb.

Axşam.az xəbər verir ki, sənətçi ona ünvanlanan sualları sənət dostlarına aid edib. O bildirib ki, şou-biznesin ən inadkar ifaçısı Xalq artisti Röya Ayxandır:

"Röya yarım saat üçün toya baha gedir. Nuri Sərinləndirici isə bütöv toyu baha aparır".

Emil "Əvvəllər daha yaxın idik" sözlərini müğənni Natavan Həbibiyə aid edib:

"Əvvəl tez-tez görüşürdük. Sonra ailə qurdu, övladı oldu. İndi başı qarışıb övladına".

"Özünü çox bəyənir" ifadəsini isə Bədəlov müğənni Kərim Abbasova aid edib:

"Kərim hər zaman deyir. Ən yaraşıqlısı mənəm, onu hamı bilir. Amma Kərim deyir ki, ulduz mənəm".

Mənbə: axsam.az