Kanye Vestin koronavirus fondundan dəstək aldığı ortaya çıxıb

Kanye Vestin koronavirus fondundan dəstək aldığı ortaya çıxıb

ABŞ prezidenti olmaq üçün namizəd olduğunu açıqlayan reper Kanye Vestin hökumətin koronavirus səbəbi ilə tətbiq olunan maaş qoruma proqramından dəstək aldığı ortaya çıxıb.

Primetime.az xəbər verir ki, iqtisadi dəstəkdən faydalananlar arasında Vest kimi əyləncə dünyasında sərvətləri ilə tanınan Robert De Niro, Oskar de la Renta və Vera Vanq kimi simaların olması sərt tənqidlərə səbəb olub. Digər tərəfdən ABŞ prezidenti Donald Trampın kürəkəni Cered Kaşner, Nəqliyyat naziri Elaine Çao və bəzi Konqres üzvləri ilə həyat yoldaşlrının da fonddan sui -istifadə edən şirkətlərin sahibi olması müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, fond daha öncə də paylaşım məsələsində şəffaf olmamaqda ittiham olunub.

Mənbə: primetime.az