"Behzat Ç."nin baş rol ifaçısı yeni seriala dəvət aldı (FOTO)

"Behzat Ç."nin baş rol ifaçısı yeni seriala dəvət aldı (FOTO)

"Behzat Ç." serialı ilə məşhurlaşan aktyor Erdal Beşikçioğlu yeni serialla izləyicilərini görüşünə gələcək.

Qaynarinfo xəbər verir ki, aktyor bu dəfə "Kimsəsizlər" adlı serialda rol alacaq. Beşikçioğlu serial üçün imicini də dəyişdirib və uzun illərdir saxladığı saç və saqqalını kəsib. "Med Yapım"ın istehsalı olan serialda həmçinin Beren Gökyıldız və Kübra Süzgün yer alacaq. "Kimsəsizlər" yeni sezonda Fox Tv kanalında yayımlanacaq.

Qeyd edək ki, bir vaxtlar Azərbaycanda da böyük maraqla izlənilən "Behzat Ç."yə uzun müddətdən sonra "Blu Tv"də yenidən həyat verilmişdi. Serialın bir neçə sezon davam edəcəyi düşünülsə də, bir sezonda bitirilmişdi.

Camal

Mənbə: qaynarinfo.az