Macar foto-model Barbi kuklasına çevrildi, həyat yoldaşını itirdi

Macar foto-model Barbi kuklasına çevrildi, həyat yoldaşını itirdi

Macar modelyeri Barbara Luna Sipos 22 yaşında idealına çatmaq üçün 10 plastik əməliyyat keçirib.

Qaynarinfo xəbər verir ki, bu qız uşaqlıqdan bəri ən sevdiyi kukla kimi görünməyi xəyal edib və hələ 17 yaşında döşlərini böyüdərək ilk əməliyyatını etdirib.

2016-cı ildə qız plastik əməliyyatların fanatı olan və onun bütün cərrahiyyə əməliyyatlarının pulunu ödəyən biriylə evlənib. Ailə həyatının iki ilində Barbara iki dəfə burun plastik əməliyyat etdirib, bir neçə dəfə - yenidən üzünü dartdırıb, sinəsini, dodaqlarını və yançaqlarını böyütdürüb. Ancaq model kukla idealına çatdıqdan sonra əri onu tərk edib, lakin qız ruhdan düşmür və "dibsiz" gözlərinin köməyi ilə yeni can yoldaşını tapmağa ümid edir.

İndi Barbara əsasən veb-model kimi çalışır, evlilikdən əvvəl katibə kimi "müntəzəm" işini itirməli olub, çünki kişilər onu görəndə ağıllarını itirirmişlər. Qız çatdığı bu görkəmiylə kifayətlənmək fikrində deyil, çünki Barbi kuklasının üzündən başqa həm də bir bədən quruluşu da var. Barbaranın planlarına qabırğaları çıxarmaq (belini incəltmək) əməliyyatı və yəqin ki, burun və dodaqların yenidən korreksiya edilməsi daxildir.

Alpər

Mənbə: qaynarinfo.az