Həyat yoldaşından ayrı düşən Mətanətin qızı Türkiyəyə getdi - Foto

Həyat yoldaşından ayrı düşən Mətanətin qızı Türkiyəyə getdi - Foto

Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər Türkiyəyə gedib.

Teleqraf. com xəbər verir ki, bu haqda Mətanət İsgəndərli "Zaurla günaydın" verilişində məlumat verib.

"Qızım beş ay idi Bakıda qalmışdı. Bu gün Türkiyəyə getdi. Bu dəfə gedəndə sevinə-sevinə gedirdi. Allah bütün insanları qovuşdursun", - deyə o söyləyib.

Qeyd edək ki, Mətanət İsgəndərlinin qızı Ülkər 2017-ci ildə Türkiyə vətəndaşı ilə ailə qurub. O, martda Bakıya gəlmişdi və sərhəd bağlandığına görə qayıda bilməmişdi.

Mənbə: teleqraf.com