Şahzadə Diana hamiləlik dövründə intihara cəhd edib - YENİ FAKT - FOTO

Şahzadə Diana hamiləlik dövründə intihara cəhd edib - YENİ FAKT - FOTO

Şahzadə Diana ilk oğlu Uilyama hamilə olduğu zaman intihara cəhd edib, lakin faciənin qarşısı vaxtında alınıb.



BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə Avstraliyanın "New Idea" jurnalı yazır.
Məsələ haqqında Diana Spenserin nəşrin redaksiyasına göndərilən gizli gündəliyində deyilir.

Şahzadənin psixoterapevt məsləhəti ilə gündəlik yazdığı qeyd olunur. Britaniya şahzadəsi Çarlzın keçmiş həyat yoldaşı tez-tez intihar barədə düşündüyünə görə, mütəxəssis, depressiya ilə mübarizə aparmaq üçün ona duyğularını kağız üzərində təsvir etməsini tövsiyə edib.

“Mən elə depressiyaya düşmüşdüm ki, hər şey edə bilərdim. Özümə xəsarət yetirməyə cəhd etdim", - deyə Diana gündəliyində yazıb.

Bundan əlavə, qeydlərdən Şahzadə Dianada bulimiyanın (qidalanma pozuntusunun) səbəbləri də məlum olur. Nəşrin yazdığına əsasən, şahzadə Çarlz həyat yoldaşının bədən quruluğunu tənqid edib.



Nəticədə Diana yeməkdən, demək olar, imtina etmişdi və özündə yediklərini qaytarmaq vərdişi yaratmışdı.











Natəvan Baxşiyeva

 

Mənbə: big.az