"Aşk-ı-Memnu"nun məşhur qəhrəmanı 6 illik məhkəmədən qurtula bilmir

"Aşk-ı-Memnu"nun məşhur qəhrəmanı 6 illik məhkəmədən qurtula bilmir

Türkiyənin məşhur aktyoru, "Aşk-ı-Memnu", "Kurtlar Vadisi" serialların unudulmaz qəhrəmanı Selcuk Yöntemin başı bəladan əskik olmur.

Open.az xəbər verir ki, 6 il əvvəl "Bambi Cafe"də tost yeyərkən fotosu çəkilən aktyor, bir müddət sonra həmin fotonun kafenin menyüsündə və reklamında istifadə edildiyni görərək, qəzəblənib. Kafe sahibinə 300 min TL maddi, 100 min TL isə mənəvi təzminat davası açan Selcuk Yöntemə qarşı tərəfdən də məhkəmə davası açılıb. Belə ki, kafe sahibi Fatih Güner də Selcuk Yöntem haqqında məhkəməyə şikayət edərək, 18.400 lirəlik təzminat davası açıb.

Beləliklə 6 il davam edən uzun və yorucu məhkəmə çəkişmələri zamanı hər iki tərəf maddi və mənəvi zərərləri ödəməklə məşğul olub. Aradan keçən 6 il ərzində biri-birindən davalı olan iki tərəfin məhkəməsi hələ də davam edir və son qərarın da nə zaman veriləcəyi hələlik məlum deyil.

Ülviyyə Həsənqızı

Mənbə: open.az