10 illik evliliklərini bitirdilər

10 illik evliliklərini bitirdilər

33 yaşlı Armi Hammer və 37 yaşlı Elizabet Çembers ayrıldıqlarını açıqlayıblar.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 2 ay əvvəl evliliklərinin 10 ilini qeyd edən aktyor və aktrisa boşanmaq qərarına gəliblər.

"13 üç il yaxşı dost, qohum, tərəf müqabili, həmkar, valideyn olduq. Bütün bunlar bizim üçün möhtəşəm səyahət oldu. Amma səhifəni çeivirib, irəliyə getmək qərarına gəldik. Ayrıldıqdan sonra övladlarım üçün valideyn məsuliyyətini edəcəyik. Bilirik ki, bu xəbər müzakirələrə səbəb olacaq. Amma uşaqlarımız və özümüz üçün anlayış tələb edirik" deyə, Hammer və Çembers bildirib.

Qeyd edək ki, cütlüyün iki övladı var: 5 yaşlı qızı Harper Qreys və 2 yaşlı oğlu Ford Duqlas. Cütlük karantin günlərini Karib adalarında keçirib.

Mənbə: axsam.az