Uill Smitin arvadı ərinin “xeyir-duası” ilə yaşadığı eşq macərasından danışdı - FOTO

Uill Smitin arvadı ərinin “xeyir-duası” ilə yaşadığı eşq macərasından danışdı - FOTO

 

Hollivud ulduzu Uill Smitin arvadı Cada Pinkett-Smit müğənni Auqusto Alsina ilə nikahdankənar eşq macərası yaşadığını danışıb.

Bu barədə “The Hollywood Reporter” xəbər verib.

Cada təqribən 4-5 il əvvəl ifaçı ilə əlaqəsi olduğunu etiraf edib. Bununla belə, ərinin onların macərasına “xeyir-dua” verdiyi barədə informasiyanı da təkzib edib. Onun sözlərinə görə, cütlük həmin vaxt çox ağır dönəm keçib və ayrılıb. Ona görə ərinin razılığını almağa ehtiyac olmayıb.

Aktyorun arvadının sözlərinə görə, musiqiçi ilə romanı zamanı o sadəcə, özünü yaxşı hiss etmək istəyib. Çünki həmin vaxt o, psixoloji cəhətdən həssas olub.

Pinkett Smit bununla belə, həmin macəraya görə özünün müdafiəsizliyinə qalib gələ bildiyini vurğulayıb.

Bundan əvvəl ifaçı Auqusto Alsina uzun müdddət Uill Smitin arvadı ilə görüşdüyünü deyib. Onun sözlərinə görə, münasibətlərə elə aktyorun özü “xeyir-dua” verib.

Mənbə: milletinsesi.info