Bollivud ulduzu və oğlu koronavirusa yoluxub

Bollivud ulduzu və oğlu koronavirusa yoluxub

Bollivud ulduzu Amitabh Baççan koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu barədə 77 yaşlı aktyor Tvitter hesabında məlumat verib.

Bir müddət sonra isə sənətçinin 44 yaşlı aktyor oğlu Abhişek Baçççan da atası ilə eyni simptomlara sahib olduğunu, lakin koronavirusu yüngül keçirdiklərini yazıb.

Qeyd edək ki, ata və oğulun ailə üzvləri və işçi heyəti də COVİD-19 testindən keçiblər. Analizin cavablarını gözləyən məşhurlar son 10 gün ərzində onlarla təmasda olan hər kəsi koronavirus testindən keçməyə dəvət ediblər.

Mənbə: axsam.az