Mühiddin ibn Ərəbinin müqəddəs əmanəti

Mühiddin ibn Ərəbinin müqəddəs əmanəti

"Diriliş Ertuğrul" filmində Mühuddin ibn Ərəbi obrazı var ki, əslində bu Tək Allahın obrazıdır. Batini məntiqinə görə, Türk şahları Allahın seçilmişləridir və Allah dünyanı onların vasitəsi ilə idarə edir. Tövratda onlar Aron, yəni Ərən nəsli hesab olunur və Levit, yəni Əl-Beyt (Əhli-Beyt) müqəddəsləri adlanır. Kitaba görə Allah - Ərən/Aran Levitlərinin davamı, yəni bir hissəsidir. Başqa sözlə, batinilərə görə Allahla Ərən şahları Vahid bir "orqanizmdir" və şahların bütün fəaliyyəti Allahın nəzarəti ilə baş verirdi. "Diriliş Ertuğrul" filmində də Mühiddin ibn Ərəbi müqəddəs əmanəti qoruyur ki, bu da Tövratda "Əhd Sandığı" adlanır. Bu sandığı Allah Oğuz elinin ən çətin günləri üçün qoruyur ki, bu da axirət mənasındadır. Başqa sözlə, Mühiddin ibn Ərəbinin bu müqəddəs əmanəti axirətdə açılacaq ki, bu zaman müqəddəs Azər odu bütün dünyanı bəlalardan xilas edəcık. Ən qədim mənbələrdə bu sandıq, qanadlı Allahın əlindəki çanta kimi göstərilir və s.

Mənbə: teref.az