AzTV şəhidlərə görə konserti ləğv etdi

Azərbaycan Televiziyası ordumuzun şəhid verməsi ilə əlaqədar olaraq bu gün yayımlanması nəzərdə tutulan “Yay axşamı” konsert proqramını təxirə salıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə telekanalın rəsmi feysbuk hesabında bildirilib.

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Bu, Türkiyənin ən böyük hərbi yük gəmisi olacaq

SONRAKI XƏBƏR

Yaponiyada son sutkada 400 nəfərdə koronavirus aşkarlanıb