"Əlimə silah verin, hədəfimiz bəllidir..." - Fotolar

"Əlimə silah verin, hədəfimiz bəllidir..." -  Fotolar

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Axşam.az xəbər verir ki, döyüş zamanı bir neçə əsgərimiz şəhid olub. Dünəndən bu yana sosial şəbəkədə bunla bağlı paylaşımlar yer alıblar.

Şou-biznes simaları da İnstaqram profillərində paylaşımlar edib, məsələyə fikir bildiriblər. Onlar şəhidlərin ailəsinə başsağlı diləyiblər.

Rejissor-aktyor Kənan M.M. paylaşımında "Ağzıma maska taxma, əlimə silah verin, bizim hədəfimiz bəlli..." sözlərini qeyd edib.

Müğənni-bəstəkar Murad Arif isə "İllərin gərginliyi var! Şərəf borcumuz var! "Sənin-mənim" söhbətləri yoxdur! Həll olunmamış məsələmiz var! Hamıya toxunan, millətin şərəf məqamıdır. Geridə Xəzər dənizidir. O tərəfi yoxdur. Hamımız hazır olmalıyıq. Hamımız..." deyə, yazıb.

"Pis xəbərlərin hamısı bu lənətə gəlmiş 2020-ci ildə oldu. Allah əsgərlərimizi qorusun" deyə, müğənni Elçin Cəfərov vurğulayıb.

Paylaşım edənlər arasında Əməkdar artist Ədalət Şükürov, Vasif Məhərrəmov, müğənnilər Elvin Abdullayev, Ceyhun Əliyev, Zamiq Hüseynov, aparıcı Zaur kamal və başqaları yer alıblar.

Mənbə: axsam.az