Çirkin adam koronavirusu həyatının ən gözəl hadisəsi adlandırdı

Çirkin adam koronavirusu həyatının ən gözəl hadisəsi adlandırdı

"Forgive_my_brain" ləqəbli "Reddit" istifadəçisi koronavirusu həyatında baş verən ən gözəl hadisə adlandırıb.
BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, kişi özünü hər zaman çirkin hesab etdiyini, lakin maska ​​taxmağa başlayandan artıq görünüşündən utanmadığını etiraf edib:
“Çirkin üzümə maska ​​taxmağımdan nə qədər xoşbəxt olduğumu sözlə ifadə edə bilmirəm. İzdiham içərisində özümü əvvəllər hiss etmədiyim qədər əmin hiss edirəm. Artıq gözəl bir qızla salamlaşa bilərəm, o da, dəhşətli üzümü görmədiyi üçün, salamıma cavab verəcək".
"Forgive_my_brain" ömrünün sonunadək maska taxmaq istədiyini əlavə edib. Kişinin sözlərinə görə, maska onun həyatını tamamilə dəyişərək daha yaxşı edib.
Şərhlərdə bir çoxları məsələnin çirkinliyinin gizlin qalmasında deyil, maskanın bəxş etdiyi özünə inamda olduğunu deyib.
"İnsanların özlərinə münasibəti onların cazibədarlığına çox təsir edir", -deyə "Justlicktheballs" ləqəbli istifadəçi bildirib.
Digərləri də müəllifinə özünə qarşı çox sərt olmamağı və özünü çirkin hesab etməməyi məsləhət görüb.
Natəvan Baxşiyeva

 

Mənbə: big.az