Xoşqədəm canlı efirdə şəhidlər üçün AĞLADI — VİDEO

Xoşqədəm canlı efirdə şəhidlər üçün AĞLADI  — VİDEO

“Düşmən yenə atəşkəs rejimini pozub, yenə də Azərbaycan Ordusu onlara layiqli cavablarını verib. Bu döyüşdə ordumuz şəhid verib. Bizim gülüzlü balalarımız şəhid olub. Vətən varsa, vətən üçün şəhid olmaq da var. Mən şəhid ailələrinə, valideynlərinə və Azərbaycan xalqına başsağlığı verirəm. Onlar vətən uğrunda şəhidlik zirvəsinə yüksəliblər. Rəbbim o zirvəni ürəkləri vətən üçün döyünən kişilərə və kişi kimi qadınlara nəsib etsin”.

“Ölkə.Az” xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində deyib. O, dünən cəbhədə şəhid olan əsgərlərimiz barədə danışarkən göz yaşlarını saxlaya bilməyib.

“İnanın, bütün gecəni yata bilməmişəm, hamı kimi mən də cəbhədən xəbər gözləmişəm. Nəhayət düşmən öz layiqli cavabını alaraq geri çəkilib. İnanıram ki, düşmən tezliklə Azərbaycan torpaqlarından qovulacaq. Allah şəhid analarımıza səbr versin”.

Sözügedən videonu təqdim edirik:

 

Ölkə.Az

Mənbə: olke.az