Koronavirusa yoluxan Xalq artistindən xəbər var

Koronavirusa yoluxan Xalq artistindən xəbər var

Xalq artisti, muğam ifaçısı Nəzakət Teymurovanın səhhəti stabildir.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov Nəzakət Teymurovanın səhhətindən danışarkən deyib. Mənsum İbrahimov bildirib ki, Nəzakət Teymurova hazırda nəzarətdədir:

"Nəzakət xanım ikitərəfli soyuqlamışdı, dünən dövlətimiz tərəfindən xəstəxanaya yerləşdirilib. Deyir, özümü soyuğa vermişəm, kondisionerli otaqda olub. Yaydır, istər-istəməz adam gözləyə bilmir. Hazırda nəzarətdədir, yaxında evində olar".

Mənsum İbrahimovun sözlərinə görə, hamı Xalq artistinin səhhətindən narahatlıq keçirib.

Qeyd edək ki, Xalq artisti Nəzakət Teymurova koronavirus infeksiyasına yoluxub. Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.

Bahar Rüstəmli

Mənbə: qaynarinfo.az