Bergüzar Korel çətin hamiləliyindən danışdı – FOTO

Bergüzar Korel çətin hamiləliyindən danışdı – FOTO

Bu yaxınlarda hamiləlikdən sonra aldığı çəki ilə gündəm olan aktrisa Bergüzar Korel psixoloji və fiziki problemlərindən söz açıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikinci dəfə ana olan ulduz instaqramda oğlu ilə fotosunu paylaşaraq izləyiciləri ilə dərdini bölüşüb:

“İki övladımı da normal şəkildə dünyaya gətirdim. Qeysəriyyə də ola bilərdim. Bu, analığımdan heç nəyi azaltmazdı. İkincini də normal dünyaya gətirmək ən böyük istəyim idi. Amma bunun əsla fanatizmini nə özümə, nə də həkimimə yaşatmadım. Önəmli olan tək şəy övladımı sağlam şəkildə qucağıma almaq idi.

Doğuşdan bir gün sonra ilk koronavirus yoluxması açıqlandı, çətin hamiləlik keçirdim. Hamiləliyin əvvəlindən bəri əvvəlcə fiziki, sonra da psixoloji dayanılımaz acılar, problemlər yaşadım. Ayaqda qaldığıma özüm də təəccübləndim. Cavabım bəlli idi, içimdəki möcüzəm.

Sizinlə eyni problemləri yaşadım. Yeganə tövsiyəm içinizdəki möcüzəyə sarılın. Bilin ki, sizi tərk etməyəcək, buraxmayacaq. Sənə qovuşacağı günü eşqlə gözləyir. İnan, dua et, hiss et. Özünə acıma. Niyə başıma gəlir deyib özünü aşağı çəkmə”.

Mənbə: publika.az