Ayasofyanı məscidə çevirmək Türkiyənin daxili işidir - Rusiya XİN

Ayasofyanı məscidə çevirmək Türkiyənin daxili işidir - Rusiya XİN

İstanbuldakı müqəddəs Sofiya kilsəsini muzeydən məscidə çevirmək Türkiyənin daxili işidir və heç kim buna qarışmamalıdır. Bu barədə iyulun 13-də Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bəyan edib.

«Ümumilikdə, biz, belə mövqedən çıxış edirik ki, söhbət Türkiyənin daxili işindən gedir ki, təbii olaraq, nə biz, nə də digərləri buna qarışa bilmərik. Bununla bərabər, diqqəti bu obyektin dünya mədəniyyəti və sivilizasiyası baxımından əhəmiyyətinə yönəltmək istəyirik» - deyə, Verşinin qeyd edib.

AzPolitika.info

Mənbə: azpolitika.info