Ermənistan Ukraynaya etiraz bildirib - Azərbaycanı müdafiə etdiyi üçün

Ermənistan Ukraynaya etiraz bildirib - Azərbaycanı müdafiə etdiyi üçün

Ukrayna XİN-in son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi qarşıdurma ilə bağlı bəyanatı rəsmi İrəvanın ciddi narazılığına səbəb olub.

“AzPolitika.info” xəbər verir ki, işğalçı ölkənin Xarici İşlər Nazirliyi Ukraynanın Ermənistandakı səfiri İvan Kulebanı nazirliyə dəvət edib. Səfiri Xarici İşlər nazirinin müavini Ş.Köçaryan qəbul edib və ona İrəvanın Ukraynanın sözügedən bəyanatı ilə bağlı etirazını çatdırıb.

Xatırladaq ki, rəsmi Kiyev sərhəddə yaranmış vəziyyətdən dərin narahatlığını bildirərək, münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlinə tərəfdar olduğunu qeyd edib. Həmçinin BMT-nin işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərini tərk etməsini tələb edən qətnamələrini xatırladıb.

Lakin Ukraynanın bu obyektiv və beynəlxalq hüququn tələbinə əsaslanan bəyanatı Ermənistanın xoşuna gəlməyib və işğalçı dövlət növbəti dəfə həyasızcasına beynəlxalq hüququn ziddinə gedərək, Azərbaycanın haqlı mövqeyini müdafiə edən ölkəyə etiraz etməkdən çəkinmıyib.

Tahir

“AzPolitika.info”

Mənbə: azpolitika.info