TÜRKİYƏ MÜDAFİƏ NAZİRİNDƏN DƏSTƏK - "Azərbaycan Silahlı Qüvvələrinin yanında olacağıq"

TÜRKİYƏ MÜDAFİƏ NAZİRİNDƏN DƏSTƏK - "Azərbaycan Silahlı Qüvvələrinin yanında olacağıq"

Türkiyənin müdafiə naziri Hulusi Akar Ermənistan-Azərbaycan dövlət sərhəddində erməni tərəfinin təxribatlarının qarşısının alınmasında Azərbaycanı tam dəstəkləndiyini bəyan edib.

“Erməni tərəfinin Azərbaycanın Tovuz rayonuna hücumlarını qətiyyətlə pisləyirik. Erməni tərəfinin hücumlarının qarşısının alarkən həlak olan azərbaycanlı hərbçilərin doğmalarına və yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - Türkiyənin “Anadolu” agentliyi nazirdən sitat gətirib.

Nazirin sözlərinə görə, Türkiyə Müdafiə Nazirliyi uzun illərdir ki, Azərbaycan torpaqlarını, o cümlədən Dağlıq Qarabağı qanunsuz işğal edərək aqressiya siyasəti yürüdən Ermənistanla qarşıdurmada Azərbaycan Silahlı Qüvvələrinə köməyi və dəstəyi davam etdirəcək.

“Biz “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin yanında olacağıq, qardaşlarımızı dəstəkləyəcəyik”, -H.Akar vurğulayıb. /"Turan"

Mənbə: azpolitika.info