Nazpəri ilk dəfə sirləri açdı: "Məmmədbağırla gizli..." - Şok sözlər

Nazpəri ilk dəfə sirləri açdı: "Məmmədbağırla gizli..." - Şok sözlər

Xalq artisti Nazpəri Dostəliyeva mərhum əməkdar artist Məmmədbağır Bağırzadə haqqında etirafı ilə hər kəsi təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, xalq artisti "Ay Zaur" verilişində Məmmədbağır Bağırzadə ilə biri-birini sevdiyini açıqlayıb:

"Hər kəsə elə gəlirdi ki, Nazpərini onu əldə edə bilər, ailə qurmadan öncə də. Mən uşaqkən qadın toylarına gedirdim. Məmməbağır Bağırzadənin dörd-beş bacısı var idi. Hamısının qadın toylarını mən eləmişdim. O zaman toylara gedəndə hər kəs məni öz övladı ilə evləndirmək istəyirdi.

Onda belə bir fikir Məmmədbağır Bağırzadənin ailəsində də yaranmışdı. Sonra illər keçdi. Mən toylara getmədim. Bu sevgi Məmmədbağırın qəlbində qalmışdı. Mən ailə qurdum, onun da gözəl ailəsi oldu. Amma o sevgi unudulmaz sevgi idi. Onun da, mənim də ürəyimdə gizli sevgi kimi qaldı".

Xalq artisti aparıcının "Bəs, niyə münasibətinizi açıqlaya bilmədiniz?" sualına: "Çünki hər iki tərəfdən razılıq olmadı. Sevgi onun həyatının sonuna və bu günə qədər hörmət, izzət kimi qalıb. O, mənə çox mahnılar həsr edib, "Naz-naz" və sair" - deyə, cavab verib.

Nazpəri Dostəliyeva "Elza Seyidcahanla düşmənsinizmi?" sualına isə cavab vermək istəmədiyini deyib: "Mən bu suala cavab verməyəcəm. Mən özümə layiq insanlarla düşmən ola bilirəm. Düşmən deyəcəyim insan mənim kimi sənətkardırsa, onunla sona qədər düşmən olaram".

Nazpəri Dostəliyeva əməkdar artist Xumar Qədimova ilə münasibətinin soyuq olduğunu da etiraf edib: "Onunla küsülü olmamışam. Bir müddət münasibətimiz soyuq oldu. Onun tərəfindən bir yanlışlıq olmuşdu".

 

Mənbə: teleqraf.com