ÜST-dan çıxmaq ABŞ-ın nüfuzunu aşağı salacaq - Çində belə düşünürlər

ÜST-dan çıxmaq ABŞ-ın nüfuzunu aşağı salacaq - Çində belə düşünürlər

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin nümayəndəsi xəbər verib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) iyulun 6-da Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmağa hazır olduğunu bildirib. Bu qərar 6 iyul 2021-ci il tarixində qüvvəyə minəcək. ABŞ-ın ÜST-dan çıxmağa yönəlmiş bu qərarının Covid-19 epidemiyasının dünyanın bir çox ölkələrində hələ tam nəzarət altına alınmadığı bir vaxta təsadüf etməsi «America fust» («Amerika hər şeydən üstündür») eqoist strategiyasının növbəti nümayişidir.

ABŞ-ın əvvəllər beynəlxalq təşkilatlardan və sazişlərdən çıxmaq halları ilə müqayisədə, ÜST üzvlüyünün dayandırılması bu ölkənin beynəlxalq aləmdə nüfuzuna ən neqativ təsirini göstərəcək, həm də onun beynəlxalq statusunun enməsini sürətləndirəcək.

ÜST ictimai səhiyyə sahəsində beynəlxalq böhranlara reaksiya verən ən nüfuzlu təşkilatdır və bu sferada başlıca informasiya provayderidir. ABŞ böyük tərəf olaraq, hazırda ÜST-dan çıxmaq istiqamətində öz fəaliyyəti ilə İkinci Dünya Müharibəsindən sonra yaradılmış beynəlxalq düzənin əsaslarını əhəmiyyətli dərəcədə pozur ki, bu da dünyada qeyri-müəyyənliyi artıracaq.

21 iyun 1948-ci ildə ABŞ «Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsi» barədə müqavilənin iştirakçı dövləti olub. O vaxtdan bəri Amerika - bu təşkilatın ən böyük sponsorudur.

ABŞ-ın ÜST-a töhfəsi şübhəsiz, böyükdür, ancaq bu beynəlxalq təşkilatın Amerika tərəfindən maliyyələşdirilməsi xeyriyyə kateqoriyasına aid deyil - bu, ABŞ diplomatiyasının strategiyasıdır.

Vaxt ötür və vəziyyət dəyişir. Yeni industrial dövlətlərin baş qaldırmasından və ABŞ-ın gücünün nisbətən aşağı düşməsindən asılı olaraq, yeni inkişaf etməkdə olan dövlətlər getdikə daha güclü çağırışlarla mövcud beynəlxalq təşkilatlarda özlərinin səs hüququnu tələb edirlər və qeyd edilməlidir ki, artıq bu məsələdə hiss olunacaq nəticələr əldə olunub.

ABŞ bir çox beynəlxalq təşkilatlarda mütləq nəzarət hüququnu tədricən itirir ki, bu da Amerikanın beynəlxalq təşkilatlardan və sazişlərdən çıxmasının başlıca səbəbi sayıla bilər.

Ancaq beynəlxalq təşkilatlarda ABŞ-ın hökmranlığı beynəlxalq münasibətlərin əsaslarını və onların demokratikləşməsi tendensiyasını köklü şəkildə pozub. Yeni industrial və inkişaf etməkdə olan ölkələrin səs hüququnun artması beynəlxalq ədalətin tələblərinin əsasına uyğun gəlir və bu, ümumdünya tendensiyasıdır.

Beynəlxaq səhiyyənin başlıca təşkilatından ABŞ-ın birtərəfli qaydada çıxması, həm də hal-hazırda dünyanın həmrəylik tələb etdiyi bir vaxtda çıxması, beynəlxalq birliyin pandemiya ilə mübarizədə göstərdiyi səylərə ciddi zərər vurur, həm də ABŞ-ın əvvəlki beynəlxalq təsir gücünü zəiflədir.

ÜST-dan çıxmaq istiqamətində ABŞ-ın düşünülməmiş və ədalətsiz hərəkətləri həm ölkə daxilində, hə də onun hüdudlarından kənarda tənqidə məruz qoyulur.

Məsələn, ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Erik Svolvell hesab edir ki, ictimai səhiyyənin ən ciddi böhran keçirdiyi bir vaxtda ÜST-dan çıxmaq özünüdağıtmağa bərabərdir, bundan zərər çəkən isə amerikalılar olacaq.

«Jenmin jiabo» (Çin)

Tərcümə “AzPolitika”nındır

Mənbə: azpolitika.info