Benksi yeni işinin VİDEOSUNU təqdim etdi

Benksi yeni işinin VİDEOSUNU təqdim etdi

Britaniyalı anonim rəssam Benksi London metrosunda koronavirus mövzusuna həsr olunan qraffiti çəkib. Qatarlarda onun üçün yaşamaq uğrunda mübarizənin simvolu olan qara siçanların təsvirləri görünüb.

Lenta.ru-nun məlumatına görə, video rəssamın “Instagram” hesabında yayımlanıb.

Gəmiricilər tibbi maskalarda, antiseptiklərlə və asqıran formada çəkilib. “Koronaviruslu” elementlər üçün Benksi maskanın rəngini xatırladan mavi boyadan isttifadə edib. Elə həmin boya ilə rəssam vaqonun divarına imza atıb.

Mənbə: paralel.az