Əməkdar artist ermənilərə meydan oxudu: "Qorxmuruq, döyüşə hazıram"

Əməkdar artist ermənilərə meydan oxudu: "Qorxmuruq, döyüşə hazıram"

"Qurban olaram sizə, mənim millətim! Mənim mərd, igid, başı bəlalı millətim... 4 tərəfi düşmən millətim...Kafirlərin içində, Allahsızların içində, başı müsibətlər çəkən millətim..."

Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli şəxsi "İnstaqram" hesabında deyib.

O, video paylaşaraq ötən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüşdən söz açıb.

Sənətçi bu cür addımı yüksək qiymətləndirib, hər kəsi birliyə səsləyib.

Mənbə: open.az